EN

İsrail HƏMAS-ın cavabından sonra bütün girovların azad ediləcəyini gözləyir

BAKI, 4 oktyabr. TELEQRAF

İsrail ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında sülh planına HƏMAS tərəfindən verilən cavabdan sonra girovların hamısını qəbul etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Bildirib ki, ölkə dərhal Trampın planının birinci mərhələsini həyata keçirərək bütün girovların buraxılmasını təmin edəcək. Ofisdən əlavə olunub ki, İsrail və ABŞ administrasiyası tam əməkdaşlıq şəraitində hərəkət edəcək və münaqişənin sona çatdırılması üçün nəzərdə tutulmuş prinsiplərə riayət edəcək.

Chosen
56
12
teleqraf.com

10Sources