EN

Azərbaycan medal sıralamasında gerilədi

Azərbaycanın III MDB Oyunlarının medal sıralamasındakı mövqeyi dəyişib.

Yenisabah/az xəbər verir ki, aktivində 13 qızıl, 27 gümüş və 43 bürünc medal olan komanda ikinci sıradan üçüncü pilləyə geriləyib.

Hesabında 15 qızıl, 20 gümüş, 28 bürünc medal olan Belarus ikinci pilləyə yüksəlib. pizza sifarişi

Medal sıralamasına Rusiya (73 qızıl, 27 gümüş, 16 bürünc medal) başçılıq edir.

İndiyə qədər 8 ölkə təmsilçiləri medal qazanıblar.

III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.


Telegram kanalımız
Chosen
11
6
yenisabah.az

10Sources