EN

Daha bir neçə kənd işğaldan AZAD EDİLDİ

Ukrayna Müdafiə Qüvvələri Dnepropetrovsk vilayətində daha bir neçə yaşayış məntəqəsini azad edib.

Modern.az xəbər verir ki, bu barədə bölgədə hərbi vəziyyəti izləyən "DeepState" layihəsi məlumat yayıb.

Məlumata görə, sentyabr ayında Ukrayna qüvvələri Sosnovka, Xoroşeye, Novoselovka və Siçnevoe kəndlərində əməliyyatlar keçirib. Azad olunan ərazilərin üçü 225-ci ayrı hücum polkunun 3-cü hücum batalyonunun, biri isə 141-ci motoatıcı briqadanın bölmələri tərəfindən nəzarətə götürülüb.

Bildirilir ki, əməliyyat uğurla başa çatdıqdan sonra bu mövqelərin bir hissəsi digər mexanikləşdirilmiş hissələrə təhvil verilib və bölgədə sabitləşdirmə tədbirləri davam edir. Təhlükəsizlik səbəblərinə görə, azad edilmiş ərazilər hələlik rəsmi xəritələrdə göstərilmir.

Eyni zamanda, Rusiya qüvvələrinin Novoselovka və Siçnevoe istiqamətində hücum əməliyyatlarını bərpa etdiyi bildirilir. Ukrayna müdafiə qüvvələri həmin ərazilərdə düşmənin möhkəmlənməsinin qarşısını almaq üçün döyüşlər aparır.

"DeepState"in məlumatına əsasən, bölgənin cənub hissəsində bölmələrin müdafiə xəttinin zəifləməsi vəziyyəti çətinləşdirib. Ukrayna ordusunun bir hissəsi artıq təxminən bir həftədir yarımmühasirə şəraitində fəaliyyət göstərir, eyni zamanda Rusiya ordusunun irəliləməsinin qarşısını almağa çalışır.

Ukrayna Baş Qərargahı əməliyyatların davam etdiyini, məqsədin isə Dnepropetrovsk vilayətinin tam nəzarət altına alınması olduğunu bildirir.

Chosen
6
1
modern.az

10Sources