EN

Neyroşəbəkənin tətbiqi 100-dən çox adamı işsiz qoydu

AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, bu mövqelər adətən istifadəçi davranışını başa düşmək və məhsul dizaynını formalaşdırmaq üçün məlumatlardan, sorğulardan və digər alətlərdən istifadəni nəzərdə tutur. Hesabatda əlavə olunur ki, bulud texnologiyalarının inkişafı üzrə bəzi komandalar yarıya endirilib, ixtisarların çoxu ABŞ-da işləyən əməkdaşlara aid olub.

Hesabatda bəzi işçilərə “Google”da başqa vəzifə tapmaq üçün dekabrın əvvəlinə qədər vaxt verildiyi bildirilir. Bu ixtisarlar “Google”un süni intellekt infrastrukturuna investisiyaların artması ilə bağlı daha geniş dəyişikliklərin bir hissəsidir. Keçən ay “Wired” jurnalı“Gemini”“AI Overviews”kimi süni intellekt alətləri üzərində işləyən 200-dən çox podratçının işdən çıxarıldığını açıqlayıb.

Həmin məlumatda əməkhaqqı və iş şəraiti ilə bağlı gərgin münasibətlər qeyd edilib. Bəzi əməkdaşlar hesab edirlər ki, işdən çıxarılma qismən aşağı əməkhaqqı və iş yerlərindəki qeyri-müəyyənliyə etirazları sakitləşdirmək məqsədi daşıyır.

Hələ fevral ayında “Google” bulud hesablama bölməsində çalışan əməkdaşları “biznesimiz üçün kritik və uzunmüddətli uğurumuzu təmin edən” kimi təsvir edilən sahələrə diqqət yetirmək üçün işdən çıxarmışdı.

AzVision.az
Chosen
46
4
azvision.az

6Sources