EN

Yaponiya tarixində ilk: Ölkəni qadın idarə edəcək

BAKI, 4 oktyabr. TELEQRAF

Səsvermənin ikinci turunun nəticələrinə əsasən, Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) yeni sədri vəzifəsinə keçmiş iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçi seçilib.

Teleqraf xəbər verir ki, Takaiçi 341 səsdən 185-ni toplayıb.

Onun rəqibi, keçmiş baş nazir Juniçiro Koizuminin oğlu Şinjiro Koizumi 156 səs yığıb. Takaiçi həm Yaponiyanın bütün 47 prefekturasından olan sıravi partiya üzvlərinin əksəriyyətinin, həm də hazırkı parlament üzvlərinin dəstəyini qazanıb.

Beləliklə, yaxın günlərdə Siqeru İşibanın gözlənilən istefasından sonra Takaiçi böyük ehtimalla Yaponiyanın növbəti baş naziri olacaq. Bunun səbəbi, Yaponiyanın müxalifət partiyalarının parlamentdə kollektiv çoxluğa malik olmasına baxmayaraq, bütün müxalifət qüvvələrinin dəstəkləməyə hazır olacağı vahid namizədlə razılaşmaq üçün siyasi baxışlarında çoxsaylı fundamental fərqlərə malik olmasıdır.

Sanae Takaiçi həm də Yaponiya tarixində ilk qadın baş nazir olacaq.

Chosen
43
1
teleqraf.com

3Sources