Venesuela heç vaxt ABŞ-ın müstəmləkəsi olmayacaq.
Axar.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
O qeyd edib ki, Venesuela öz müstəqilliyini qoruyacaq, heç bir imperiyanın təsiri altında alçalmaq niyyətində deyil.
Prezidentin sözlərinə görə, ölkə sülh hüququna malikdir və müstəqilliyindən heç vaxt imtina etməyəcək.