EN

Türk kinosunun unudulmaz siması vəfat etdi

Türkiyə kino sənayesinin tanınmış simalarından olan Rəcəb Bülbülsəs dünyasını dəyişib.

Kult.az Türkiyə mediasına istinadla xəbər verir ki, uzun müddətdir astma xəstəliyindən əziyyət çəkən aktyor nəfəs darlığı səbəbindən xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bülbülses 60 yaşında vəfat edib.

Qeyd edək ki, R.Bülbülsəs sənət yoluna 1983-cü ildə çəkildiyi "Qardaşım mənim" filmi ilə başlayıb. Karyerası ərzində 60-dan çox filmdə rol alıb. "Yeşilçam" əfsanələrindən biri olan aktyor kino fəaliyyətində enişlər yaşadıqdan sonra musiqi sahəsinə yönəlmişdi.

Chosen
10
4
axar.az

10Sources