EN

Kür çayında batan var –AXTARIŞLARA XİLASEDİCİLƏR CƏLB OLUNUB

Kür çayında bir nəfər batıb.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Chosen
14
38
senzor.az

10Sources