EN

Baş məşqçinin işindən xoşu gəlməyən köməkçi komandanı tərk etdi

II Liqada mübarizə aparan «Şəmkir»də məşqçi ayrılığı yaşanıb.

Rüfət Quliyev Vüqar Nadirovun başçılıq etdiyi korpusdan ayrılıb.

O, dördüncü turda keçirilən «Ağstafa Gəncləri» ilə matçdan (2:1) sonra iş yeri ilə vidalaşıb. Buna səbəb onun Nadirovla yaşadığı problemdir.

Çalışdırıcının yanaşma tərzindən narazı qalan köməkçi öz istəyi ilə «Şəmkir»dən uzaqlaşıb.

Komandanın oyun tərzi və baş məşqçinin futbolçularla münasibəti təcrübəli mütəxəssisin xoşuna gəlmədiyindən, belə bir vəziyyət yaranıb.

«Ağ-qırmızılar» mövsümün ilk dörd həftəsində 9 xal toplayıb. Onlar bu göstərici ilə turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Chosen
32
sportinfo.az

1Sources