EN

Ermənistanın Gəncəyə ilk raket hücumundan 5 il ötür

Bakı. Trend:

2020-ci ilin 4 oktyabr tarixində Ermənistan silahlı qüvvələritərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistikraketlərlə hücum edilməsi, mülki əhaliyə qarşı yönəlmiş ağır birhərbi cinayət kimi yadda qaldı. Bu gün həmin hadisədən 5 ilötür.

2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanıErmənistan dövləti, döyüş meydanında uduzduqca, qisası mülkiəhalidən almağa çalışdı. Nəticədə, cəbhə bölgəsindən uzaqdayerləşən, tamamilə dinc insanların yaşadığı Gəncə şəhəri raketatəşinə tutuldu. Bu, beynəlxalq hüququn bütün normalarının,humanitar dəyərlərin və insanlıq anlayışının açıq şəkildətapdanması idi.

Ermənilərin Gəncəyə atdığı raketlər sakinlərin yaşadığıikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşmüşdü.Nəticədə 1 mülki şəxs şəhid olmuşdu, 39 mülki şəxs isəyaralanmışdı. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura vəqədim tarixi tikililərə ziyan dəymişdi. Bu hücum, hərbiəməliyyatların cəbhə bölgəsindən uzaq, tamamilə mülki əhalininyaşadığı bir şəhərə qarşı törədilmiş açıq və ağır hərbi cinayətidi. Gəncəyə ilk raket hücumu Ermənistanın dinc əhalini qorxuyasalmaq, ölkədə xaos yaratmaq və ictimai rəyə təsir etmək məqsədidaşıyırdı. Lakin baş vermiş bu hücumlar əksinə nəticə verdi – xalqdaha da sıx birləşdi, dövlətin ətrafında daha möhkəm cəmləşdi.

Dövlətin vaxtında və məqsədyönlü reaksiyası, humanitar yardım vəpsixoloji dəstək mexanizmlərinin səfərbər edilməsi, qısa zamandabərpa işlərinin başlanması və şəhərin yenidən qurulması xalqın özliderinə və dövlətinə olan inamını daha da artırdı.

Azərbaycan Ordusu həmin hücumlara cəbhədə cavab verdi. Vətənmüharibəsində Azərbaycan, yalnız hərbi deyil, həm də mənəvi qələbəqazandı. Mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələribeynəlxalq hüququn və ədalətin zərbə gücünü gec-tez hiss etdi.Gəncə hadisələri, Azərbaycanın müharibədə hücum edən yox, özünümüdafiə edən və beynəlxalq hüquqa əsaslanan tərəf olduğunu bir dahasübut etdi. Gəncə terroru nə Azərbaycan, nə də dünya ictimaiyyətitərəfindən unudulmamalıdır. Bu, yalnız Azərbaycanın deyil, bütünbəşəriyyətin sınağı idi. Sülhə çağırış edənlər, ilk növbədə bu kimicinayətləri tanımalı, onları qınamalı və bir daha təkrarlanmamasınaçalışmalıdırlar.

Qeyd edək ki, 2020-ci il 27 sentyabr tarixində başlayıb və 44 gündavam etmiş Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri vəqanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfəalmaqla həyata keçirilmiş hərbi təcavüzü nəticəsində 93 nəfər mülkişəxs (o cümlədən 54 kişi, 27 qadın və 12 uşaq) həlak olmuş, 444nəfər (o cümlədən 268 kişi, 109 qadın və 67 uşaq) isə xəsarətalmışdır.

Məqalədə:
Chosen
23
8
az.trend.az

9Sources