EN

ABB və Azər Türk Bank ın idarəedilməsində dəyişiklik edildi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) və “Azər-Türk Bank” açıq səhmdar cəmiyyətlərinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək.

Globalinfo.az xəbər verir ki, indiyənədək ABB-nin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla, 5 üzvdən ibarət, “Azər-Türk Bank”ın isə sədr də daxil olmaqla, 3 üzvdən ibarət Müşahidə Şurası həyata keçirirdi.

Bununla bağlı Prezident İlham Əliyev 7 avqust 2009-cu il tarixli “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, Azərbaycan Prezidentinin “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında”, 22 sentyabr 2009-cu il tarixli “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” və 16 iyul 2022-ci il tarixli “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi haqqında” fərmanlarında dəyişiklik edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
7
globalinfo.az

10Sources