EN

Yaponiya tarixində ilk dəfə baş nazir qadın ola bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sabiq iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçi Yaponiyanın hakim Liberal Demokrat Partiyasının yeni sədri seçilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, qalib səsvermənin ikinci turunun nəticələrinə görə müəyyən edilib.
Takaiçi 341 səsdən 185-ni toplayıb. Onun rəqibi, keçmiş baş nazirin oğlu Sindziro Koidzumi isə 156 səs qazanıb.
Beləliklə, yaxın günlərdə baş nazir Siqeru İşibanın gözlənilən istefasından sonra böyük ehtimalla məhz Takaiçi Yaponiyanın növbəti baş naziri olacaq. O, həm də Yaponiya tarixində ilk qadın baş nazir olacaq.
Chosen
27
oxu.az

1Sources