EN

Ukraynada azərbaycanlı həlak olub - FOTO

Donetsk vilayətinin Konstantinovka şəhərinin azərbaycanəsilli sakini, əslən Xaçmaz şəhərindən olan, 1968-ci il təvəllüdlü Abbasov Müzəffər Sabir oğlu Rusiyanın dron zərbəsi nəticəsində həlak olub.

"Report"un məlumatına görə, dron M.Abbasov şəxsi avtomobilində gedərkən onun üzərinə düşüb.

Onun nəşi dəfn üçün Azərbaycana göndərilib.

M.Abbasov Ukrayna vətəndaşı olub, Konstantinovkada yaşayıb.

Qeyd edək ki, Konstantinovka şəhəri hazırda aktiv döyüş əməliyyatları zonasıdır.

Chosen
21
37
qaziler.az

10Sources