AZ

Ukraynada azərbaycanlı dron hücumu nəticəsində öldü

Donetsk vilayətinin Konstantinovka şəhərinin azərbaycanəsilli sakini, əslən Xaçmaz şəhərindən olan, 1968-ci il təvəllüdlü Abbasov Müzəffər Sabir oğlu Rusiyanın dron zərbəsi nəticəsində vəfat edib.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, dron M.Abbasov şəxsi avtomobilində gedərkən dron onun üzərinə düşüb.

Onun nəşi dəfn üçün Azərbaycana göndərilib.

M.Abbasov Ukrayna vətəndaşı olub, Konstantinovkada yaşayıb.

Qeyd edək ki, Konstantinovka şəhəri hazırda aktiv döyüş əməliyyatları zonasıdır.

Seçilən
6
37
redaktor.az

10Mənbələr