Kamçatkadakı vulkan kül püskürdü
Kamçatkadakı (Rusiya) Kronotski vulkanı hündürlüyü 9200 metrə çatan kül püskürüb.
Kül vulkandan cənub-şərqdəki Kronotski körfəzinə doğru yayılıb.
Məlumata görə, bu ərazidə yaşayış məntəqələri yoxdur.
Qeyd edək ki, vulkanın özünün hündürlüyü 3 528 metrdir.