EN

ABŞ ı qarışdıran qərar: Dünya bunu gözləmirdi, təkrar rədd edildi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Senatı federal hökumət üçün qismən dayandırılmış maliyyələşdirməni bərpa etməyə yönəlmiş iki partiyalı qanun layihəsini növbəti dəfə rədd edib.

Şatdaunun (hökumətin bağlanmasının) üçüncü günündə Respublikaçılar Partiyasının irəli sürdüyü, hökumətin yenidən açılmasını nəzərdə tutan sənəd üzrə səsvermədə lazımi 60 səs toplanmayıb. Qanun layihəsinin oktyabrın 6-da, bazar ertəsi günü Senatda yenidən səsverməyə çıxarılacağı gözlənilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, şatdaunun elan edilməsi ABŞ hökumətində ciddi fikir ayrılığı yaradıb:

“Mübahisə obyekti getdikcə daha ciddi problemlərə yol açır. Senatdakı fikir ayrılığı ABŞ-ın daxili siyasətində də aydın şəkildə seziləcək. Həm Respublikaçılar, həm də Demokratlar öz mövqelərini müdafiə etməkdə israrlıdırlar. Düşünürəm ki, məsələ yaxın günlərdə həllini tapmayacaq.

Yaranmış böhran Prezident Donald Tramp administrasiyası ilə Demokratlar Partiyasının nəzarətində olan Senat arasında siyasi toqquşmanın nəticəsidir. Hazırda Tramp administrasiyası dövlət xərclərini azaltmaq və büdcə intizamını bərpa etmək istəyir. Demokratlar isə sosial proqramların maliyyələşdirilməsinin kəsilməsinə qarşı çıxır və nəticədə bu məsələni siyasi təzyiq vasitəsinə çeviriblər. Hökumətin bağlanması, əslində, bu qarşıdurmanın ən bariz nəticəsidir”.

Kənan Novruzov

Siyasi şərhçi qeyd edib ki, bu vəziyyət ABŞ-ın beynəlxalq imicinə və iqtisadi sabitliyinə də mənfi təsir göstərir:

“Hökumətin qismən bağlanması ölkənin maliyyə bazarlarında qeyri-sabitlik yaradır. Eyni zamanda, Vaşinqtonun qlobal liderlik iddialarına da kölgə salır. ABŞ kimi bir ölkənin öz büdcəsini təsdiqləməkdə çətinlik çəkməsi həm müttəfiqlər, həm də rəqiblər tərəfindən siyasi zəiflik kimi qəbul olunur. Xüsusilə Çin və Rusiya bu vəziyyətdən informasiya və diplomatik üstünlük qazanmaq üçün istifadə etməyə çalışa bilər”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
globalinfo.az

1Sources