EN

“Qarabağ”ın qazancı 55 milyonu keçdi

Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinə iki qələbə ilə başlayıb.

Milli.Az xəbər verir ki, "Benfika"nı 3:2, "Kopenhagen"i 2:0 məğlub edən Ağdam klubu ümumilikdə 4,2 milyon avro (8 milyon 300 min manat) əldə edib.

Belə ki, UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır.

Qeyd edək ki, "Qarabağ" liqa mərhələsinə düşdüyünə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı. Hazırda isə bu məbləğ son iki qələbə ilə birlikdə 27,97 milyon avro (55,8 milyon manat) çatıb. /"Qafqazinfo"

Milli.Az

Chosen
17
28
milli.az

10Sources