"Onlar sadəcə dayanacaq, biz də istefa verəcəyik? Bu necə təsəvvür olunur? Paata Burçuladzenin dediklərinə əməl etmək olmaz. Siz həqiqətən inanırsınız ki, bu gün küçəyə bizim milyonlarla seçicimizi kölgədə qoyacaq qədər insan çıxacaq? Axşam olacaq və hamı görəcək ki, bu, mümkün deyil", - deyə Kobaxidze vurğulayıb.
Baş nazir əlavə edib ki, Gürcüstanda hazırda heç bir siyasi böhran yoxdur, böhran yalnız "Vahid Milli Hərəkat" partiyasındadır:
"Bu böhran daha da dərinləşəcək və nəticədə həmin partiyanın tam süqutuna gətirib çıxaracaq. Yalnız bundan sonra Gürcüstanda sağlam demokratik sistem formalaşacaq".
Jurnalistlərin onun ölkəni tərk edib-etməyəcəyi ilə bağlı sualına cavab verən Kobaxidze bildirib:
"Bu cür "xırda" sualları mənə artıq veriblər. Cavabım dəyişməzdir - üç ildən sonra, 28 oktyabr 2028-ci ildə parlament seçkiləri keçiriləcək. Biz sabahdan həmin seçkilərə hazırlığa başlayırıq. Siz də yaxşı olar, buna hazırlaşasınız".