Azərbaycanın cüdoçuları III MDB Oyunlarında uğurlu çıxışlarını davam etdirir.
İdman.biz xəbər verir ki, Fidan Cəlilli (+70 kq) turnirdə üçüncü yerə çıxaraq bürünc medal qazanıb.
Eyni zamanda, Zemfira Əliyeva (+70 kq) da fərdi kateqoriyada üçüncü yerə sahib çıxıb. Hər iki çəki dərəcəsində görüşlər dairə sistemi üzrə keçirilib.
Qeyd edək ki, III MDB Oyunlarında cüdo yarışları oktyabrın 5-də başa çatacaq.