EN

MDB Oyunları: Azərbaycanın qılıncoynatma komandası bürünc medal qazanıb  

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli komandası yarımfinalda Özbəkistana 37:45 hesablı ilə uduzub.

Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal qazanıb.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Chosen
24
4
azerbaijan-news.az

9Sources