İstanbulun Fatih rayonunda iki mərtəbəli sahibsiz bina çöküb.
Milli.Az xəbər verir ki, hadisə Karagümrük məhəlləsi, Kaleboyu küçəsində saat 10:30 radələrində baş verib.
Hadisə yerinə polis, xilasetmə və yanğınsöndürmə qrupları, həmçinin K9 itləri göndərilib. Ekipajlar dağıntılar altında insan olub-olmamasını yoxlamaq üçün axtarışlara başlayıblar.
Yanğınsöndürənlərin işləri havadan görüntülənib.
Fidan
Milli.Az