EN

İstanbulda bina çökdü - Xilasedicilər səfərbər edildi

İstanbulun Fatih rayonunda iki mərtəbəli sahibsiz bina çöküb.

Milli.Az xəbər verir ki, hadisə Karagümrük məhəlləsi, Kaleboyu küçəsində saat 10:30 radələrində baş verib.

Hadisə yerinə polis, xilasetmə və yanğınsöndürmə qrupları, həmçinin K9 itləri göndərilib. Ekipajlar dağıntılar altında insan olub-olmamasını yoxlamaq üçün axtarışlara başlayıblar.

Yanğınsöndürənlərin işləri havadan görüntülənib.

Fidan
Milli.Az

Chosen
26
2
milli.az

3Sources