EN

Real ın sabiq futbolçusu Messinin çıxış etdiyi komandaya keçəcək

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın "Real" klubunun sabiq futbolçusu Serxio Regilon argentinalı ulduz futbolçu Lionel Messi ilə komanda yoldaşı olacaq.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı ispan müdafiəçi yaxın vaxtlarda "İnter Mayami"yə keçəcək.

Hazırda tərəflər arasında danışıqların son mərhələsidir və oyunçu müqavilə imzalamağa yaxındır.

Qeyd edək ki, Regilon iyulda İngiltərə təmsilçisi "Tottenhem"dən ayrıldan sonra klubsuzdur. O, karyerasında İspaniyanın "Real, "Sevilya", "Atletiko" və İngiltərənin "Mançester Yunayted" kimi komandalarının formasını geyinib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
80
1
cebheinfo.az

2Sources