EN

Çox yaxın bir dostumuzu itirdik - Əbülfəz Qarayev

"Mən onunla şəxsən dostluq edirdim. O, çox gözəl insan və dəyərli bir həmkar idi”.

Modern.az xəbər verir ki, bunu sabiq səhiyyə naziri, Oqtay Şirəliyevlə vida mərasimində sabiq mədəniyyət naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında deyib.

O, Oqtay Şirəliyevin heç vaxt insanların çətinliklərinə biganə qalmadığını bildirib.

“Mədəniyyət işçilərinin və ya başqa sahələrdə çalışan insanların ən kiçik problemi belə olanda, Oqtay müəllim canla-başla yardım etməyə çalışırdı, nə lazımdırsa, edirdi”.

Ə.Qarayev həmçinin qeyd edib ki, onun yaradıb-qurduğu Respublika Diaqnostika Mərkəzi bu gün də Azərbaycanın səhiyyə sistemində mühüm yer tutur:

“Düşünürəm ki, onun haqqında yalnız müsbət xatirələr qalacaq. Biz çox yaxın bir dostumuzu itirdik. Allah ona rəhmət eləsin".

Chosen
20
2
modern.az

10Sources