EN

Millət vəkili Asif Əsgərov Zaqatala rayonunun Aşağı Tala kəndində vətəndaş qəbulu keçirib -Fotolar



Millət vəkili Asif Əsgərov Zaqatala rayonunun Aşağı Tala kəndində vətəndaş qəbulu keçirib.

aia.az xəbər verir ki, qəbulda Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi, bələdiyyə sədri, eləcə də ziyalı və ağsaqqallar iştirak ediblər.

Qəbul zamanı sakinlər tərəfindən içməli su, yol, işıq təminatı və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Millət vəkilinin səlahiyyətində olan bir sıra məsələlər yerindəcə həllini tapıb, digər məsələlər isə aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb.

Müraciətlər əsasən aztəminatlı ailələrə maddi yardım göstərilib.

Qəbuldan sonra Asif Əsgərov şəhid Ərəblinski Vahid Maarif oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb və onlara dövlətin hər zaman yanlarında olduğunu diqqətə çatdırıb.
Şəhid ailəsi və kənd sakinləri ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən daimi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.



Chosen
11
2
aia.az

3Sources