Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kareliya Respublikasının Onejsk gölü ərazisində yerləşən “Buyan-M” raket daşıyan gəmisinə dronla hücum edərək onu zədələyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu tip gəmilər üzaqmənzilli “Oniks” və “Kalibr” qanadlı raketlərini daşımaq qabiliyyətinə malikdir.