EN

Ten Haq "Qarabağ"ın rəqibinin baş məşqçisi təyin oluna bilər

Mövsümə uğursuz start verən "Ayaks"da rəhbərlik baş məşqçi Con Heytinqanın işindən narazıdır.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi niderlandlı mütəxəssislə yollarını ayırmağı planlaşdırır. Bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.

Klub rəhbərliyinin baş məşqçi postu üçün əsas namizədi Erik ten Haqdır. 55 yaşlı çalışdırıcının Heytinqanı əvəz etmək ehtimalı yüksək qiymətləndirilir.

Ten Haqın son iş yeri "Bayer" olub. O, daha əvvəl 2017-2022-ci illərdə "Ayaks"ın baş məşqçisi olub.

Qeyd edək ki, "Ayaks" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 10 dekabr tarixində Bakıda baş tutacaq.

saytlarin hazirlanmasi

Chosen
24
1
sportal.az

2Sources