EN

Oqtay Şirəliyev dəfn edildi - YENİLƏNİB

Keçmiş səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.

Redaktor.az xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

***

Ötən gün vəfat edəm sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi başa çatıb

Redaktor.az xəbər verir ki, sabiq nazir Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

***

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi keçirilir.

Redaktor.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.

Sabiq nazir "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Oqtay Şıralıyev dünən axşam saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən mənzilində vəfat edib.

Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub.

O, 2005-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Oqtay Şirəliyev 2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 23 aprel 2021-ci ildə Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Chosen
21
12
redaktor.az

10Sources