EN

"Arsenal"ın hücumçusu "Everton"un hədəfində

"Arsenal"ın hücumçusu Qabriel Jezus Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Everton" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London klubu braziliyalı 27 yaşlı forvardı yanvar ayında 30 milyon funt-sterlinqə satmağa hazırdır. "Everton" bu məbləği ödəsə, keçid reallaşacaq.

Qeyd edək ki, "Arsenal" Qabriel Jezusu 2022-ci ilin yayında "Mançester Siti"dən 45 milyon funt-sterlinqə transfer edib. Braziliya millisinin üzvü zədəli olduğu üçün bu mövsüm "topçular"ın heyətində rəsmi matçlarda meydana çıxmayıb.

saytlarin hazirlanmasi

Chosen
14
1
sportal.az

2Sources