EN

Gürcüstan Daxili İşlər Nazirliyinə çağırış edildi: Bizə tabe olun!

“Gürcüstan Daxili İşlər Nazirliyini Bidzina İvanişvilinin qanunlarına yox, bizə tabe olmağa çağırırıq”.

Turkustan.az xəbər verir ki, bunu Gürcüstanın müxalif Milli Demokrat Partiyasının keçmiş sədri İrina Sarişvili sosial şəbəkədə yayımladığı videomüraciətdə deyib.

Siyasətçi müxalifətin bu gün Tbilisidə planlaşdırdığı mitinqlə bağlı bildirib ki, gürcü xalqı konstitusiyanı pozmaq niyyətində deyil.

“Daxili İşlər Nazirliyi bizi qanunları qorumağa çağırır. Biz də qondarma Daxili İşlər Nazirliyini Bidzinanın qanunlarına, onun konstitusiyasına tabe olmamağa çağırırıq. Bu ölkə Bidzina İvanişvilinin mülkü deyil. Qoy onlar bizə - gürcü xalqına tabe olsunlar, biz Gürcüstanın bir qarışını da pozmağa hazırlaşmırıq”, - Sarişvili qeyd edib.

Oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir. Müxalifət bu gün hökuməti dinc yolla devirmək məqsədi ilə Tbilisinin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır. Gürcüstan hakimiyyəti etiraz aksiyasının təşkilatçılarına dəfələrlə xəbərdarlıq edib ki, pozuntulara görə qanunun ən yüksək həddi ilə cəzalandırılacaq. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri və texnikaları paytaxtın müxtəlif istiqamətlərində yerləşdirilib.

Keçmiş prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat partiyasının keçmiş rəhbəri Levan Xabeişvili və digər partiya təmsilçisi, Tbilisi şəhər şurasının üzvü Zviad Kuprava hökumətin devrilməsinə çağırışlara görə həbs edilib./teleqraf

Chosen
14
6
turkustan.az

7Sources