İran həmişə öz daxili gücünə və birliyinə arxalanmağa çalışır.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Foks Nyus” telekanalına müsahibəsində deyib.
İran prezidenti ABŞ telekanalının müxbirinin “Niyə müttəfiqiniz Çin və Rusiya İsraillə 12 günlük müharibədə köməyinizə gəlmədi” sualına birbaşa cavab verməkdən yayınıb:
“Görürdüyünüz kimi, biz daxili gücümüzə və birliyimizə arxalanmağa çalışırıq. Ürəyimizi heç kimə bağlamamışıq. Müharibədən sonra daxili birliyimiz, milli gücümüz əvvəlkindən daha da güclənib”.