EN

Tbilisidə seçkiləri boykot etmiş partiyalar mitinq təşkil edib

Tbilisinin mərkəzi Rustaveli prospektində mitinq keçirilir.

Tribunainfo.az xəbər verir ki, mitinqi yerli seçkiləri boykot etmiş müxalifət partiyaları təşkil edib.

Mitinqə bəzi bölgələrdən də iştirakçılar qatılıb. Tbilisinin bir neçə hissəsindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Aksiyanın əsas səhnəsi Azadlıq meydanında, Tbilisi Şəhər Şurasının binası qarşısında quraşdırılıb.

Təşkilatçılardan biri olan “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze deyib ki, aksiyada qətnamə qəbul ediləcək və həmin andan hakimiyyət xalqın əlində olacaq.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai təhlükəsizliyin qorunmasına əlavə polis qüvvələri cəlb olunub. Mitinq hələlik dinc şəraitdə davam edir.

Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi təşkilatçıları və iştirakçıları aksiyanı qanunla müəyyən edilmiş çərçivədə keçirməyə çağırıb. İstənilən qanun pozuntusu halına müvafiq hüquqi cavabın veriləcəyi bildirilib.

Chosen
7
8
tribunainfo.az

10Sources