EN

U-21 millimizin yeni baş məşqçisi bəlli oldu – Rəsmi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub.

Busaat.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Bildirilib ki, U-21 komandası əsas millinin ehtiyat bazası hesab olunur. Bu səbəbdən U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq.

Chosen
25
27
busaat.az

10Sources