EN

Uitkoff və Kuşner Qəzza üzrə danışıqlar üçün Misirə gedəcəklər

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və iş adamı, ABŞ Prezidentinin keçmiş baş müşaviri Cared Kuşner bu gün Misirə səfər edəcəklər.

News365.az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsinə istinadən "Axios" məlumat yayıb.

"Stiv Uitkoff və Cared Kuşner bu gün Misirə gedəcəklər ki, girovların azad edilməsi prosesinin texniki detalları və davamlı sülh sazişinin müzakirəsini tamamlasınlar", - deyə o yazıb.

Chosen
12
4
news365.az

6Sources