EN

Bavariya nın müdafiəçisi Barselona ya keçə bilər

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Bavariya" ilə müqaviləsi gələn ilin yayında başa çatan Dayo Upamekano karyerasının İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" fransalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

La Liqa nəhəngi yayda azad agent statusunda olacaq Upamekanoya təklif göndərməyi planlaşdırır. Klubunun yeni sözləşmə təklifini qəbul etməyən 26 yaşlı mərkəz müdafiəçisinin durumunu "Liverpul" da yaxından izləyir.

Qeyd edək ki, "Bavariya" Dayo Upamekanonu 2021-ci ilin iyul ayında "Leypziq"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
1
sportal.az

2Sources