Tbilisidə etiraz aksiyaları keçirilir.Bu barədə gürcü KİV-i xəbər verir.
Etirazçılar Tbilisinin Atoneli küçəsində yerləşən Gürcüstan prezidentinin sarayının ərazisinə basqın ediblər.Hadisə yerinə xüsusi təyinatlılar səfərbər olunub.
Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və müxtəlif əşyalar atırlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə etməyə başlayıblar.