AZ

Tbilisidə etirazçılar Prezident Sarayının ərazisinə basqın etdilər - FOTOLAR

Tbilisidə etiraz aksiyaları keçirilir. Etirazçılar Tbilisinin Atoneli küçəsində yerləşən Gürcüstan prezidentinin sarayının ərazisinə basqın ediblər.

Hadisə yerinə xüsusi təyinatlılar səfərbər olunub.

Etirazçılar hadisə yerinə səfərbər olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və müxtəlif əşyalar atırlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə etməyə başlayıblar.




 

(Qafqazinfo)

Seçilən
6
6
moderator.az

7Mənbələr