EN

Qazaxıstanlı magistrantlar ATU-da elmi-təcrübə proqramını uğurla tamamlayıblar

Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin 15 magistr tələbəsi Azərbaycan Tibb Universitetində (ATU) iki həftəlik elmi-təcrübə proqramında iştirak edərək proqramı uğurla başa vurub.

APA xəbər verir ki, akademik mobillik proqramı çərçivəsində baş tutan bu təcrübə beynəlxalq təhsil əməkdaşlığının inkişafına töhfə verib.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli Qazaxıstanlı magistrantlarla görüşüb. Görüş zamanı professor Gəraybəyli iki universitet arasında qurulan elmi və akademik əlaqələrin əhəmiyyətini vurğulayıb: "Azərbaycan Tibb Universiteti beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Tələbə və müəllim mübadiləsi – tədris keyfiyyətinin yüksəldilməsi, elmi yanaşmaların paylaşılması və ortaq layihələrin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir."

Magistrantlar ATU-nun müxtəlif ixtisas kafedralarında nəzəri və praktiki təlimlərə cəlb olunublar. Onlar Təcili tibbi yardım, Farmakologiya, Əczaçılıq kimyası, Əczaçılıq texnologiyası və idarəedilməsi,I-ci və III-cü Daxili xəstəliklər, II-ci Mamalıq və ginekologiya, Terapevtik stomatologiya, Tibbi və bioloji fizika, Dəri-zöhrəvi xəstəlikləri, Ailə təbabəti və İctimai sağlamlıq və səhiyyənin təşkili kafedralarında bilik və bacarıqlarını artırıblar.

Görüşün sonunda tələbələrə ATU-da keçdikləri elmi-təcrübə proqramını təsdiq edən sertifikatlar təqdim olunub.

Qazaxıstanlı tələbələr ATU-da qarşılaşdıqları yüksək səviyyəli tədris və klinik mühitə görə təşəkkür edərək, bu təcrübənin onların gələcək tibbi fəaliyyətinə müsbət təsir göstərəcəyini bildiriblər.

Qazaxıstanlı Qazaxıstanlı Qazaxıstanlı Qazaxıstanlı Qazaxıstanlı Qazaxıstanlı Qazaxıstanlı Qazaxıstanlı Qazaxıstanlı Qazaxıstanlı Qazaxıstanlı
Chosen
31
1
apa.az

2Sources