EN

"Roma" Argentina millisinin üzvü ilə danışıqlara başlayacaq

Bakı. Trend:

"Roma" mövsümün sonunda müqaviləsi başa çatan Paulo Dibalanıkomandada saxlamaq istəyir.

Trend xəbər verir ki, ASeriyası nəhəngi argentinalı hücumçunun sözləşməsinin müddətiniuzatmağı planlaşdırır. Bu barədə insayder Fabritsio Romano məlumatyayıb.

Paytaxt klubunun idman direktoru Frederik Massara qarşıdakıgünlərdə Dibalanın meneceri ilə danışıqlara başlayacaq. 31 yaşlıfutbolçunun özünündə komandada qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxışedir. Argentina millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində3 rəsmi matçda yadda qalıb.

Chosen
14
2
az.trend.az

3Sources