EN

ABŞ də gizli şəhər : Yeraltı bunkerdə nələr var?

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Jurnalistlər nüvə müharibəsi zamanı ABŞ prezidenti və onun komandasının qərargahı kimi xidmət edəcək yeraltı bunkerə baş çəkiblər.

Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Gizli "Şayen Mauntin" kompleksi Koloradonun qranit qayalarının altında 600 metrdən çox dərinlikdə yerləşir.

Kompleks təxminən 70.000 tonluq qranit içərisində oyulmuş, birbaşa nüvə zərbəsinə tab gətirə bilən tunellər və kameralar labirintinə malik əsl yeraltı şəhərdir.

Qeyd edilir ki, belə bir bunker Xirosimaya atılan bombadan min dəfə güclü partlayışa tab gətirə bilər.

Yeraltı şəhər öz elektrik stansiyaları və hətta içməli su üçün yeraltı göllər ilə təchiz olunub. Bunker 23 ton ağırlığında polad qapılarla bağlanıb.

Bildirilir ki, 15 binadan ibarət kompleks fəlakət zamanı ABŞ və Kanada silahlı qüvvələri üçün komanda mərkəzi rolunu oynayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
oxu.az

1Sources