EN

FTB nin rəhbəri Maduronu narkotik taciri və diktator adlandırdı

ain.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ-nin Federal Təhqiqat Bürosunun rəhbəri Keş Patel Venesuela Prezidenti Nikolas Maduronu narkotik taciri və diktator adlandırıb və onun tutulması üçün 50 milyon dollar mükafat elan edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Patel "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Maduro təkcə korrupsioner deyil, o, ittiham olunan narkotik terrorçusu və diktatordur. Amerika onun qanlı pulları üçün heç vaxt təhlükəsiz sığınacaq olmayacaq", - deyə paylaşımda qeyd olunub.

Daha əvvəl, 3 oktyabrda ABŞ-nin Silahlı Qüvvələrinin narkotik alveri ilə mübarizə çərçivəsində Venesuela ərazisində mümkün əməliyyata hazır olduğu bildirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
3
oxu.az

5Sources