EN

Rusiya Ukraynanın Zaporojye şəhərinə zərbə endirib, 1 nəfər ölüb, yaralılar var - FOTOLENT

Rusiya silahlı qüvvələri 5 oktyabr gecəsi Ukraynanın Zaporojye şəhərinə PUA-larla çoxsaylı zərbə və qanadlı raketlərlə hücum edib.

APA xəbər verir ki, bu barədə Zaporojye meri İvan Fedorov məlumat verib.

Şəhərdə çoxsaylı yaşayış binaları və infrastruktur obyektlər dağılıb, xəsarət alanlar var.

Atəşin nəticələri barədə ilk məlumatlar gecə saat 3 radələrində daxil olub. Fedorov bildirib ki, şəhərə ən azı 10 “Şahed” pilotsuz aparatı və idarə olunan aviasiya bombaları ilə zərbələr endirilib. Şəhərin bəzi rayonlarında işıq və su təchizatında fasilələryaranıb, sənaye müəssisələrindən birində yanğın baş verib.

“Zaporojyeyə yönəldilmiş birgə hücum nəticəsində bir qadın həlak olub, ən azı dörd nəfər yaralanıb. Yaralananlar arasında 16 yaşlı bir qız da var” – deyə Fedorov qeyd edib.

Səhər saatlarına olan məlumata görə isə, doqquz yaralı və bir nəfər həlak olmuş şəxs barədə məlumat təsdiqlənib.

Rusiya Rusiya Rusiya Rusiya Rusiya Rusiya Rusiya Rusiya
Chosen
27
4
apa.az

10Sources