EN

III MDB Oyunları: Bu gün 10 idman növü üzrə yarışlar keçiriləcək

Bu gün III MDB Oyunları çərçivəsində 10 idman növü üzrə yarışlar keçiriləcək.

Fanat.Az xəbər verir ki, Gəncə İdman Sarayında qız və oğlan voleybolçuların yarımfinal və qrup qarşılaşmaları reallaşacaq.

Eyni məkanda güllə atıcılığı üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Gəncə İdman Sarayında idmansevərlərin izləyə biləcəyi digər yarış qılıncoynatmanın sablya növü üzrə qadınların fərdi mübarizələridir.

Nizami yurdunda 3x3 basketbol üzrə qızlar və oğlanlar arasında növbəti görüşlər də gerçəkləşəcək.

Yevlax Olimpiya İdman Kompleksində kişi boksçular arasında 46, 48, 50, 52, 54, 57, 60, 63, 66, 70, 75, 80, +80 kq çəki dərəcəsində final duelləri keçiriləcək.

Qəbələ Olimpiya İdman Kompleksində qız və oğlan badmintonçular arasında qoşa və fərdi yarışların final mərhələsini izləmək mümkün olacaq.

Göygöl Olimpiya İdman Kompleksində cüdoçular arasında 1/4 final, yarımfinal, həmçinin bürünc və qızıl medal uğrunda görüşləri baş tutacaq.

Mingəçevirdə avarçəkmə, həmçinin kayak və kanoe üzrə final yarışları keçiriləcək.

Xankəndidə isə kamandan oxatma yarışları davam edəcək.

Chosen
15
11
fanat.az

10Sources