EN

Bu gün 10 idman növü üzrə yarışlar keçiriləcək » AzadMedia.az


III MDB Oyunları çərçivəsində bu gün 10 idman növü üzrə yarışlar keçiriləcək.

Gəncə İdman Sarayında qız və oğlan voleybolçulardan ibarət yarımfinal və qrup oyunları keçiriləcək.

Həmçinin eyni məkanda güllə atıcılığı üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Gəncə İdman Sarayında idmansevərlər daha bir yarışma da izləyə biləcəklər. Qılıncoynatmanın sablya növü üzrə qadınların fərdi mübarizələri baş tutacaq.

Gəncədə həmçinin 3x3 basketbol üzrə qızların və oğlanlar arasında növbəti qarşılaşmalar izləniləcək.

Yevlax Olimpiya İdman Kompleksində kişi boksçular arasında 46, 48, 50, 52, 54, 57, 60, 63, 66, 70, 75, 80, +80 kq çəki dərəcəsində final görüşləri keçiriləcək.

Qəbələ Olimpiya İdman Kompleksində qız və oğlan badmintonçular arasında qoşa və fərdi yarışların final mərhələsini izləmək mümkün olacaq.

Göygöl Olimpiya İdman Kompleksində cüdoçular arasında 1/4 final, yarımfinal, həmçinin bürünc və qızıl medal uğrunda görüşləri baş tutacaq.

Mingəçevirdə isə avarçəkmə, həmçinin kayak və kanoe üzrə final yarışları da keçiriləcək.

Xankəndidə isə kamandan oxatma yarışları davam edəcək.
Chosen
17
11
azadmedia.az

10Sources