Qazaxda avtomobil dərəyə aşıb.
News24.az xəbər verir ki, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.
Minik avtomobilinin dərəyə aşması nəticəsində 2004-cü il təvəllüdlü Afiq İsmayılov və həmyaşıdı Orxan Məmmədəliyev ağır xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)