EN

Gürcüstanın 5 müxalif lideri saxlanıldı

Ajans.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Onlar Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlar etməkdə, habelə qrup xarakterli zorakılıq aktlarını təşkil etməkdə, onlara rəhbərlik etməkdə və iştirak etməkdə ittiham olunurlar. Bu cinayətlərə görə 9 ilə qədər həbs cəzası nəzərdə tutulur”, - məlumatda qeyd olunub.

Chosen
13
2
Ajans.az

8Sources