AZ

Gürcüstanın 5 müxalif lideri saxlanıldı

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 4-də keçirilən etiraz aksiyasının təşkilat komitəsinin üzvləri – müxalifət Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze Tiflisdə gecə saatlarında saxlanılıblar.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Onlar Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlar etməkdə, habelə qrup xarakterli zorakılıq aktlarını təşkil etməkdə, onlara rəhbərlik etməkdə və iştirak etməkdə ittiham olunurlar. Bu cinayətlərə görə 9 ilə qədər həbs cəzası nəzərdə tutulur”, - məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
3
axar.az

8Mənbələr