EN

Bakı–Şamaxı yolunda avtomobilin təkəri partladı - yaralanan var

Bakı–Şamaxı yolunda "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü idarəetməni itirərək piyadanı vurub.

Bu barədə Musavat.com-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə bu gün səhər saat 06:30 radələrində Bakı–Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınıb.

Yol qəzası nəticəsində piyada xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir və belə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmaz edir.

İdarə bir daha diqqətə çatdırır ki, təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdə saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində təhlükəsizliyin əsas təminatıdır.

Chosen
13
36
musavat.com

10Sources