EN

İsrail Qəzzadan geri çəkilməyi qəbul edib

“HƏMAS razılaşmanı təsdiqlədiyi təqdirdə dərhal atəşkəs qüvvəyə minəcək”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında məlumat yayıb.

O bildirib ki, İsrail Qəzzadan ilk geriçəkilmə xəttinin gerisinə çəkilməyə razılıq verib. “Danışıqlardan sonra İsrail, HƏMAS-a təqdim etdiyimiz və paylaşdığımız ilk geriçəkilmə xəttini qəbul etdi. HAMAS təsdiq etdiyi anda atəşkəs dərhal qüvvəyə minəcək. Girov və məhbus mübadiləsi başlayacaq. Növbəti geriçəkilmə mərhələsinə zəmin yaradacağıq. İsrail əvvəlcə birinci xəttə qədər çəkiləcək”, – deyəTramp yazıb.

MənbəAPA
Chosen
6
9
banker.az

10Sources