AZ

İsrail Qəzzadan geri çəkilməyi qəbul etdi

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında məlumat yayıb.

 O bildirib ki, İsrail, Qəzzadan ilk geriçəkilmə xəttinin gerisinə çəkilməyə razılıq verib. “Danışıqlardan sonra İsrail, HAMAS-a təqdim etdiyimiz və paylaşdığımız ilk geriçəkilmə xəttini qəbul etdi. HAMAS təsdiq etdiyi anda atəşkəs dərhal qüvvəyə minəcək. Girov və məhbus mübadiləsi başlayacaq. Növbəti geriçəkilmə mərhələsinə zəmin yaradacağıq. İsrail əvvəlcə birinci xəttə qədər çəkiləcək”, – deyə Tramp yazıb.

Seçilən
6
10
Ajans.az

10Mənbələr